ABŞ-dan Türkiyəyə güclü dəstək

ABŞ Türkiyəyənin Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli izlədiyi siyasətə güclü dəstək verib.

1835745
ABŞ-dan Türkiyəyə güclü dəstək

Amerika Birləşmiş Ştatlar (ABŞ) Türkiyənin Rusiya-Ukrayna müharibəsini sonlandırmaq üçün etdiyi diplomatik səylərə və Ukraynanın ərzaq məhsullarının ixracına zəmin yaranması uğrunda atdığı addımlara güclü dəstək verdiyini açıqlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun 8-də Türkiyəyə planlaşdırdığı səfərə münasibət bildirib: “Türk müttəfiqlərimizin 24 fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsinə son qoymaq, ilk növbədə zorakılığı azaltmaq və eyni zamanda Ukrayna ərzaq məhsullarının, o cümlədən Ukrayna buğdasının ixracına zəmin yaradmaq uğrundakı diplomatik səylərini başa düşür və qətiyyətlə dəstəkləyirik”.

Ned Prays, Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşı çıxmasına dair özünə ünvanlanan bir suala cavabən də: “Bu etirazlar birbaşa Ankara ilə Vaşinqton arasında ikitərəfli məsələ deyil, NATO-nun yüksək rütbəli rəsmiləri ilə yanaşı Türkiyə, Finlandiya və İsveç nümayəndələri arasında müzakirə ediləsi bir mövzudur. ABŞ bu barədə Türkiyə ilə danışıqlara davam edəcək”.



Әlaqәli Xәbәrlәr