Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Bildirilib ki, indiyədək Rusiyanın 30 500  hərbçisi öldürülüb.

1835328
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 30 500  hərbçisi öldürülüb.

Məlumatda Rusiyanın son 24 saatda 150 hərbçisinin öldürüldüyü vurğulanıb.

Bundan başqa, Rusiyanın 208 təyyarə, 174 helikopter, 1353 tank, 3 302 zirehli döyüş maşını, 649 artilleriya qurğusu, 93 hava hücumundan müdafiə sistemi, 207  reaktiv yaylım atəş sistemi, 2 275 avtomobil texnikası, 13 gәmisi, 76 yanacaq çәni vә 515 pilotsuz uçuş aparatı məhv edilib.

Bәyanatda hәmçinin Rusiya quvvәlәrinin Slobojanski istiqamәtindә hücuma keçmәyә hazırlaşdığı, hәmçinin Slavyansk, Severodonetsk, Liman vә Bahmutska istiqamәtindәki mülki binaları hadaf aldığı bildirilib.

Rusiya Müdafiә Nazirliyi martın 25-dә verdiyi bәyanatda Ukraynada 1351 rus hәrbçisinin öldüyünü açıqlamışdı.

Qeyd edək ki, Rusiya ordusu fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr