NATO Baltik dənizində 7 min hərbçi ilə təlimlər keçirəcək

NATO Baltik dənizində bir çox ölkədən onlarla döyüş gəmisi, döyüş təyyarəsi və 7 min əsgərinin iştirakı ilə təlimlər keçirməyə hazırlaşır.

1834359
NATO Baltik dənizində 7 min hərbçi ilə təlimlər keçirəcək

NATO Baltik dənizində bir çox ölkədən onlarla döyüş gəmisi, döyüş təyyarəsi və 7 min əsgərinin iştirakı ilə təlimlər keçirməyə hazırlaşır.
NATO-nun bəyanatına görə, Baltik Əməliyyatları 22 (BALTOPS22) dəniz təliminin 51-cisi  5-17 iyun tarixlərində keçiriləcək.

Təlimdə Türkiyə ilə yanaşı, Belçika, Bolqarıstan, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Latviya, Litva, Hollandiya, Norveç, Polşa, İsveç, İngiltərə və ABŞ iştirak edəcək. Təlimlərə 45 gəmi, ən azı 75 təyyarə və təxminən 7000 hərbçi cəlb olunacaq.

Baltikyanı bölgədə naviqasiya azadlığı və təhlükəsizliyin qorunması üçün lazımi imkanların gücləndirilməsini hədəfləyən təlimdə amfibiya əməliyyatları, atış texnikası, sualtı qayıqlara qarşı əməliyyatlar, hava hücumundan müdafiə manevrləri, mina təmizləmə, partlayıcıların məhv edilməsi, pilotsuz sualtı nəqliyyat vasitələri və tibbi müdaxilələr kimi müxtəlif mövzularda fəaliyyətlər aparılacaq. 

İlk dəfə 1972-ci ildə keçirilən və hər il təkrarlanan BALTOPS22 təliminə bu il İsveç ev sahibliyi edəcək.



Әlaqәli Xәbәrlәr