Braziliyada leysan yağışlar nəticəsində ölənlərin sayı
Braziliyada leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 44-ə yüksəlib.
Braziliyada leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 44-ə yüksəlib.
Regional inkişaf naziri Daniel Ferreyra turizm və səhiyyə nazirləri ilə ölkənin şərqindəki Pernambuko əyalətində güclü yağışların fəlakətlərə səbəb olduğu bölgəni helikopterlə tədqiq etdikdən sonra ştatın paytaxtı Resifedə mətbuat konfransı keçirib.
Ferreyra leysan yağışların yaratdığı fəlakətlərə diqqət çəkərək “Hazırkı məlumata görə, 44 nəfərin həyatını itirdiyi, 25 nəfərin yaralandığı, 56 nəfərin itkin düşdüyü müəyyən edilib” deyib.
Təxminən 4500 nəfərin təxliyə edildiyini ifadə edən Ferreyra yaxın günlərdə güclü yağışların gözlənildiyini və görülən tədbirlərin davam etdirilməsinin vacisliyini vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və bu adamların həbsini istədi
Beynəlxalq Cinayət Məhkəməsindən verilən yazılı açıqlamaya görə ...
Şahzadə atasına görə səfərini təxirə saldı
Səudiyyə Ərəbistanı Kral Divanından verilən məlumata görə ...