İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti

İsveç və Finlandiyanın NATO-dakı səfirləri ölkələrinin alyansa üzvlük müraciəti ilə bağlı rəsmi məktubları NATO Baş katibi Yens Stoltenberqə təqdim edib.

1828565
İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti
Sauli Niniistö ve Magdalena Andersson.jpg

İsveç və Finlandiyanın NATO-dakı səfirləri ölkələrinin alyansa üzvlük müraciəti ilə bağlı rəsmi məktubları NATO Baş katibi Yens Stoltenberqə təqdim edib.

Baş katib Stoltenberq məktubları Belçikanın paytaxtı Brüsseldə İsveç və Finlandiyanın NATO-da akkreditə olunmuş səfirlərindən alıb.

Burada jurnalistlərə açıqlama verən Stoltenberq hər ölkənin öz yolunu seçmək hüququna malik olduğunu və iki ölkənin tələblərini alqışladığını bildirib.

Yens Stoltenberq bildirib ki, İsveç və Finlandiyanın üzvlüyü NATO təhlükəsizliyini artıracaq:

"Təqdim etdiyiniz müraciətlər tarixi addımdır. İndi müttəfiqlər NATO-ya gedən yolu nəzərdən keçirəcəklər. Bütün müttəfiqlərin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınmalıdır. Bütün məsələləri təfərrüatı ilə həll etmək və tezliklə həllə nail olmaq əzmindəyik".

Stoltenberq bəyan edib ki, bütün müttəfiqlər NATO-nun genişlənməsinin zəruriliyi ilə bağlı həmfikirdirlər.



Әlaqәli Xәbәrlәr