İsrail əsgərləri 10 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində baş verən hadisələr zamanı İsrail əsgərləri 7-si həqiqi güllə ilə 10 fələstinlini yaralayıb.

1827197
İsrail əsgərləri 10 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində baş verən hadisələr zamanı İsrail əsgərləri 7-si həqiqi güllə ilə 10 fələstinlini yaralayıb.

İordan çayının qərb sahilindəki Ramallah və Bire şəhərlərinin girişində Nakbanın (Böyük Fəlakət) 74-cü ildönümü münasibətilə keçirilən nümayişlərə İsrail əsgərləri müdaxilə edib. Fələstinlilər İsrail əsgərlərinə daşla cavab verib.

Fələstinin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada Ramallah və Bire şəhərlərinin girişində İsrail əsgərləri ilə fələstinlilər arasında baş verən hadisələrdə 7-si həqiqi, 3-ü plastik güllə ilə olmaqla 10 fələstinlinin yaralandığı bildirilib.

Digər tərəfdən, Fələstinin rəsmi xəbər agentliyi "WAFA"-da yer alan xəbərə görə, oxşar hadisələr Tulkermdəki Fələstin Huduri Texniki Universiteti və Əbu Disdəki Qüds Universiteti ətrafında da yaşanıb. Onlarla tələbə gözyaşardıcı qazdan zərər çəkib.

İsrailin 1948-ci il mayın 14-də işğal etdiyi Fələstin torpaqlarında müstəqilliyini elan etməsi və fələstinliləri köç etməyə məcbur etməsi ilə əlaqədar fələstinlilər mayın 15-ni “Nakba” (Böyük Fəlakət) adlandırırlar.

İsrail qüvvələri Nakba zamanı minlərlə fələstinlini qətlə yetirdikdə, bir milyona yaxın fələstinlini öz torpaqlarından zorla köçkün və sürgünə göndərdilər, 675 Fələstin kəndi və qəsəbəsi dağıdıldı.

Nakba səbəbiylə fələstinlilərin 80 faizi hələ də müxtəlif coğrafiyalarda qaçqın olaraq yaşayır.



Әlaqәli Xәbәrlәr