Hindistanda yanğın, ölәnlәr var

Hindistanın paytaxtı Yeni Dehlinin qərbində, Mundka metrostansiyası yaxınlığındakı dörd mәrtәbәli binada yanğın baş verib.

1826898
Hindistanda yanğın, ölәnlәr var

Hindistanın paytaxtı Yeni Dehlinin qərbində, Mundka metrostansiyası yaxınlığındakı dörd mәrtәbәli binada yanğın baş verib.

Yerli polisin mәlumatına әsasәn, yanğın zamanı 27 nəfər həlak olub, 40 nәfәr yaralanıb.

Polis binanın birinci və ikinci mərtəbələrindən 60 nəfərin xilas edildiyini, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Yanğının miqyası səbəbindən ölənlərin sayının arta biləcəyi qeyd olunub.

Yanğının səbəbi hələlik məlum deyil.

Hindistan Baş naziri Narendra Modi yanğınla bağlı rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib. Narendra Modi deyib: ‘‘Baş verәn yanğına görә çox kәdәrlәndim. Xәsarәt alanlara şәfa dilәyirәm’’.

Modi hәyatını itirәnlәrin ailәlәrinә 2 500, xәsarәt alanlara da 650 dollaradәk maliyyә yardımı edilәcәyini bildirib.

Xatırladaq ki, 2019-cu ildә Yeni Dehlidә bir binada baş verәn yanğın nәticәsindә 43 nәfәr ölmüşdü.



Әlaqәli Xәbәrlәr