Vladimir Putinlə Olaf Şolts arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

1826719
Vladimir Putinlə Olaf Şolts arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

Kreml Sarayından verilən açıqlamaya görə, Putin və Şolts arasında baş tutan telefon danışığında Ukraynadakı vəziyyət humanitar aspektləri ilə birlikdə müzakirə edilib.

Fevralın 24-də Ukraynada başlatdıqları “xüsusi hərbi əməliyyatın məntiqi və əsas məqsədlərindən danışan” Putin mülki şəxslərin təhlükəsizliyi üçün görülən tədbirlərə də diqqət çəkib.

Görüşdə Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qızıl Xaç Təşkilatının nümayəndələrinin iştirakı ilə Azovstalda Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan mülki şəxslərin təxliyyəsi müzakirə edilib və nasist ideologiyasını müdafiə edən döyüşçülərin nizam-intizamı pozduğu diqqətə çatdırılıb. 

Rusiya ilə Ukrayna arasında danışıqlar məsələsinin də müzakirə olunduğu görüşdə müxtəlif kanallar vasitəsilə təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit də bildirib ki, kansler Şolts Putinlə 75 dəqiqəlik telefon danışığında Ukraynada davam edən müharibəni və bu müharibəni bitirmək səylərini müzakirə edib.

Heberstreit “Hərbi vəziyyətin ciddiliyini və Ukraynadakı, xüsusən Mariupoldakı müharibənin nəticələrini nəzərə alaraq, kansler mümkün qədər tez atəşkəsin təmin edilməsində, humanitar vəziyyətin yaxşılaşdırılmasında və münaqişənin diplomatik həllinin tapılmasında təkid etdi” deyib.

Almaniya hökumətinin sözçüsü onu da bildirib ki, Şolts da Ukraynada nasizmin geniş yayılması ilə bağlı ittihamları rədd edib.

İki liderin Rusiyanın apardığı müharibə səbəbiylə kritik olan qlobal ərzaq vəziyyətini də müzakirə etdiklərini vurğulayan Hebestreit Şolts Rusiyanın bu mövzuda xüsusi məsuliyyət daşıdığını xatırlatdığını qeyd edib.



Әlaqәli Xәbәrlәr