Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

1825989
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 26 650  hərbçisi öldürülüb.

Məlumatda Rusiyanın son 24 saatda 300 hərbçisinin öldürüldüyü vurğulanıb.

Bundan başqa, Rusiyanın 199 təyyarə, 161 helikopter, 1195 tank, 2 873 zirehli döyüş maşını, 534 artilleriya qurğusu, 87 hava hücumundan müdafiə sistemi, 191 reaktiv yaylım atəş sistemi, 2019 avtomobil texnikası, 13 gәmisi, 76 yanacaq çәni vә 398 pilotsuz uçuş aparatı məhv edilib.

Rusiya Müdafiә Nazirliyi martın 25-dә verdiyi bәyanatda Ukraynada 1351 rus hәrbçisinin öldüyünü açıqlamışdı.

Qeyd edək ki, Rusiya ordusu fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr