Cozef Borrel Qәrbi Balkan ölkәlәrinin liderlәri ilә görüşüb

Avropa İttifaqının xarici әlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borrel Brüsseldә  Qərbi Balkan ölkәlәrinin  liderlәri  ilə görüşüb.

1825644
Cozef Borrel Qәrbi Balkan ölkәlәrinin liderlәri ilә görüşüb

Avropa İttifaqının xarici әlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borrel Brüsseldә  Qərbi Balkan ölkәlәrinin  liderlәri  ilə görüşüb.

Borrelin verdiyi qeyri-rəsmi şam yeməyində Serbiya prezidenti Aleksandr Vuçiç, Albaniyanın baş naziri Edi Rama, Kosovo baş nazirinin müavini və xarici işlər naziri Donika Qervalla-Şvars, Şimali Makedoniyanın baş naziri Dimitar Kovacevski və Bosniya və Herseqovina Prezident Şurasının serb üzvü Milorad Dodik iştirak edib.

Borrell görüşdən əvvəl etdiyi çıxışda Aİ-nin hər il ənənəvi şəkildə 6 ölkənin liderini bir araya gətirməsindən məmnunluğunu ifadə edib.

Rusiyanın Ukraynaya hücumunun regional və qlobal təsirlərini qiymətləndirəcəklərini ifadə edən Borrel deyib: "Rusiya bizim və bölgənin zəifliklərindən istifadə etmək istəyir. Rusiyanın bunlardan istifadə etməsinə imkan verməmək üçün birlikdə çalışmalıyıq. Rusiyanın bölgәdәki dağıdıcı hərəkətlərinə qarşı birgə hərəkət etməliyik’’.

Mayın 16-da keçiriləcək Avropa ittifaqına üzv ölkәlәrin XİN rәhbәrlәrinin iclasında Qərbi Balkanlar məsələsinin ətraflı müzakirə ediləcəyini bildirən Borrel iclasa bölgә ölkələrinin xarici işlər nazirlərini dəvət edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr