Mateuş Moravetski: ‘‘Vladimir Putin Adolf Hitler vә İosif Stalindәn daha tәhlükәlidir’’

Polşanın baş naziri Mateuş Moravetski Rusiya prezidenti Vladimir Putinin Adolf Hitler və İosif Stalindən daha təhlükəli olduğunu deyib.

1825510

İngiltәrәnin ‘‘Daily Telegraph’’ qəzetinə müsahibә verәn Polşa Baş naziri Rusiya lideri Putinin  dəhşətli ideologiyası ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

"Putin nə Hitler, nə də Stalindir. Təəssüf ki, o, daha təhlükəlidir. Putin tәbliğat aparmaq üçün mediadan istifadә edir’’,-deyә Mateuş Moravetski qeyd edib.

Vladimir Putinin "Russkiy Mir" ideologiyasının bütün Avropa üçün ölümcül təhlükə yaratdığını deyən Moravetski beynəlxalq ictimaiyyəti fevralın 24-dən Rusiyanın hücumu altında olan Ukraynanın azad edilməsinə dərhal diqqət yetirməyə çağırıb.

Polşanın baş naziri həmçinin Ukraynanın müttəfiqlərini hərbi dəstək verməkdən daha çox şey etməyə dəvət edib.

Әlaqәli Xәbәrlәr