Yaponiyadan 4 ildən sonra Cənubi Koreyaya nazir səviyyəsində səfər reallaşdı

Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa və Cənubi Koreyada xarici işlər naziri vəzifəsini öhdələnəcək Park Jin ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

1824343
Yaponiyadan 4 ildən sonra Cənubi Koreyaya nazir səviyyəsində səfər reallaşdı

Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa və Cənubi Koreyada xarici işlər naziri vəzifəsini öhdələnəcək Park Jin ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.
Yaponiyanın Baş naziri Kişida Fumio tərəfindən Seula "Xüsusi səfir" olaraq göndərilən xarici işlər naziri Hayaşi Cənubi Koreyada Xarici İşlər Nazirliyi vəzifəsini icra edəcək Park ilə görüşüb.

Hayaşinin səfəri Yaponiya xarici işlər nazirinin 2018-ci ilin iyunundan bəri Cənubi Koreyaya ilk səfəri kimi qeydə alınıb.

İki saat davam edən görüşdə müharibə dövrünə aid ziddiyyətlər səbəbindən son illərdə zədələnən Tokio-Seul münasibətlərinin son vəziyyəti ilə bağlı “münasibətlərin daha da pisləşməsinə yol verilməməlidir” mövzusunda razılıq əldə edilib.

Görüş zamanı nazir Hayaşi və Park "Yaponiya-Cənubi Koreya əlaqələrinin inkişafında itirəcək vaxtlarının olmadığını" da qəbul ediblər.

İki tərəf ayrıca Şimali Koreyanın raket sınaqları və nüvə təhdidlərini müzakirə edib və “ABŞ daxil olmaqla üçtərəfli strateji əməkdaşlığa hər zamankindən daha çox ehtiyac duyulduğu” mesajını verib.

Hayaşi Yaponiyanın Baş naziri Kişidanın şəxsi məktubunu andiçmə mərasimində iştirak edəcək Cənubi Koreya prezidenti Yoon Suk-yeola çatdıracaq.

Qeyd edək ki, Baş nazir Kişida Hayaşinin Seula göndərilməsi qərarı ilə bağlı "İki ölkə arasında ciddi problemlər var, lakin (bu problemlər) olduğu kimi buraxıla bilməz" deyib.

Yaponiyanın Koreya yarımadasını müstəmləkələştirdiyi 1910-1945-ci illərdə “Təzyiqlə çalışdırılan koreyalı işçilər” və “istismar edilən koreyalı qadınlar” sahil qonşuları arasında “həssas məsələlər” kimi qalır.

Yoon Suk-yeol müxalif Xalq Gücü Partiyasının namizədi kimi daxil olduğu 9 mart prezident seçkilərində səslərin 48,59 faizini qazanıb.

Seçkidən sonra Yun Yaponiya ilə “gələcək yönümlü əlaqələr quracağına” dair vəd verib.

Bu gün rəsmi mərasimlə vəzifəsinin icrasına başlayacaq yeni prezidentin ABŞ-la sıx əlaqələr saxlayaraq Şimali Koreyanı nüvə silahından təmizləməyi hədəfləyəcəyi bildirilir.



Әlaqәli Xәbәrlәr