İsrail əsgərlərinin hücumu nəticəsində 8 fələstinli yaralanıb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərində baş verən hadisələr zamanı 8 fələstinlini yaralayıb.

1824341

İsrail ordusunun himayəsində olan məskunlaşmış yəhudilər avtobusla basqın etdikləri Nablus şəhərindəki Yusifin türbəsinə üz tutublar.

Türbənin yaxınlığındakı Əmman küçəsini bağlamaq istəyən fələstinlilər İsrail ordusuna məxsus avtomobilləri molotof kokteyli və daş ataraq dayandırmaq istəyiblər. İsrail əsgərləri də fələstinlilərə həqiqi və rezin güllələrdən atəş açıb, gözyaşardıcı qaz və səs bombalarından istifadə edib.

Fələstinin Qızıl Aypara Təcili Xidmət müdiri Əhməd Cibril İsrail əsgərlərinin açdığı atəş nəticəsində 8 fələstinlinin həqiqi və plastik güllələrlə yaralandığını, istifadə edilən qaz bombalarından isə 13 fələstinlinin təsirləndiyini bildirib.

Әlaqәli Xәbәrlәr