“Aİ-yə üzvlük yerinə “Avropa siyasi birliyi” damı altında birləşməyi təklif edirəm”, E.Makron

E.Makron iqtisadi və maliyyə böhranlarla üzləşdiyi zaman Avropa İttifaqının reaksiya verməkdə çox gecikdiyini, tərəfdaşlıq əvəzinə milli reaksiyalara əl atdığını bildirərək deyib...

1824587
“Aİ-yə üzvlük yerinə “Avropa siyasi birliyi” damı altında birləşməyi təklif edirəm”, E.Makron

 

  Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünün illər çəkəcəyini bildirən Fransa prezidenti Emmanuel Makron eyni dəyərləri paylaşan ölkələrə Aİ-yə üzv olmaq yerinə “Avropa siyasi birliyi” damı altında birləşməyi təklif edib.

  Fransanın Strasburq şəhərindəki Avropa Parlamentində (AP) Aİ-nin 1 il davam edən Avropanın Gələcəyi Konfransının bağlanışı mərasimi keçirilib. Buradakı çıxışında E.Makron iqtisadi və maliyyə böhranlarla üzləşdiyi zaman Avropa İttifaqının reaksiya verməkdə çox gecikdiyini, tərəfdaşlıq əvəzinə milli reaksiyalara əl atdığını bildirib.

  Aİ-nin təsis müqavilələrinə yenidən baxılmalı olduğuna diqqət çəkən Fransa prezidenti institusional islahatlar üçün danışıqların yaxın həftələrdə aparıla biləcəyini və bunların növbəti Avropa İttifaqının Liderlər Zirvə Toplantısında müzakirə olunacağını deyib.

  Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlük müraciətlərinin qiymətləndirilməsi ilə bağlı da danışan Makron bildirib: "Biz hamımız bilirik ki, sabah Ukraynaya namizəd statusu versək, üzvlük standartlarını aşağı salmasaq, o zaman bu, illər və onilliklər çəkər. Ona görə də inteqrasiya və əzmkarlıq səviyyəsini nəzərə alaraq deyirəm ki, Avropa qitəsinin bir araya gəlməsinin yeganə yolu Avropa İttifaqı ola bilməz. "Avropa siyasi icması" adlandıra biləcəyimiz bu yeni Avropa təşkilatı dəyərlərimizə sadiq olan demokratik Avropa dövlətlərinin siyasət, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində əməkdaşlıq üçün yeni bir meydanı olacaq.”



Әlaqәli Xәbәrlәr