Kubada oteldә baş verәn partlayışda ölәnlәrin sayı 22 nәfәrә çatıb

Bu barәdә Kuba Prezidentinin Administrasiyası mәlumat yayıb.

1823303
Kubada oteldә baş verәn partlayışda ölәnlәrin sayı 22 nәfәrә çatıb

Kubanın paytaxtı Havana şəhərində güclü partlayış nәticәsindә hәyatını itirәnlәrin sayı 22 nәfәrә çatıb.

Bu barәdә Kuba Prezidentinin Administrasiyası mәlumat yayıb.

Mәlumata әsasәn, hadisә nәticәsindә 14-ü uşaq olmaqla 70 nәfәrin dә yaralandığı bildirilib. Ölәnlәr arasında bir uşaq vә bir hamilә qadının olduğu qeyd olunub. İlkin məlumata görə, hadisə qaz sızması nəticəsində baş verib.

Yeni növ koronavirus epidemiyası sәbәbindәn iki ildir bağlı olan otelin 1880-ci ildә inşa edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr