“Otoniel” ləqəbli narkobaron ABŞ-a ekstradisiya edilib

Kolumbiyanın ən nüfuzlu narkobaronlarından  “Otoniel” ləqəbli Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib.

1822776
“Otoniel” ləqəbli narkobaron ABŞ-a ekstradisiya edilib

TRT-nin yerli mətbuata istinad etdiyi xəbərə görə, bu barədə Kolumbiya Prezidenti İvan Duke rəsmi məlumat verib.

“Otoniel” ləqəbli Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib. Bu cinayətkar yalnız Pablo Eskobarla müqayisə edilə bilər” – deyə dövlət başçısı İvan Duke Tvitterdə yazıb.

Qeyd edək ki, 50 yaşlı narkobaron ötən oktyabrda hərbi əməliyyat zamanı saxlanıb. 2009-cu ildə Nyu-York məhkəməsi onun yerini bildirənə 5 milyon dollar vəd etmişdi.

 



Әlaqәli Xәbәrlәr