Nyu Meksiko ştatı “fəlakət zonası” elan edilib

ABŞ-ın Nyu-Meksiko ştatının cənub ərazilərini təsiri altına alan yanğın nəticəsində 2 nəfər həyatını itirib.

1822449
Nyu Meksiko ştatı “fəlakət zonası” elan edilib

TRT-nin yerli mətbuata istinad etdiyi xəbərə görə Nyu Meksiko ştatı təxminən 650 kvadrat kilometr ərazini əhatə edən yanğına görə “fəlakət zonası” elan edilib. Bildirilir ki, Aprelin 6-da ştatda 5 nöqtədə başlayan yanğının 20 faizi nəzarətə götürülüb. Nümayəndələr Palatasının üzvü Tereza Leqer Fernandez, prezident Co Baydenin yanğına nəzarət səylərinə diqqətləri cəlb etmək üçün Nyu Meksikonun “fəlakət zonası” elan edilməsini təsdiq etdiyini bildirib. Yanğınsöndürmə rəsmiləri qeyd ediblər ki, təyyarələr və helikopterlər tərəfindən dəstəklənən fəaliyyətlər sayəsində yanğının Las-Veqas şəhərinə və ətraf kəndlərə yaxınlaşmasının qarşısı alına bilib. Yanğın səbəbiylə Las Veqası əhatə edən Sanqre de Kristo dağlarında 15 min 500 ev təxliyə edilərkən, bölgədə təxminən 170 evə ziyan dəyib.


Etiketlәr: #Yanğın , #Nyu Meksiko

Әlaqәli Xәbәrlәr