Salmonella infeksiyası aşkar edilən ölkə sayı artıb

Dünyada şokolad məhsulları ilə əlaqəli 151 salmonella infeksiyası aşkar edilib.

1819493
Salmonella infeksiyası aşkar edilən ölkə sayı artıb

Ümumdünya Səhiyyə Təşkilatından yayılan  açıqlamada salmonella hadisələri ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb  və ÜST-yə  üzv ölkələrə tövsiyələr verilib.  

“Belçikanın Arlon şəhərindəki Kinder fabrikində dekabr və yanvar aylarında aparılan yoxlamalar zamanı içərisində xammal olan bəzi tankerlərdə insan orqanizminə sirayət edən və salmonella ilə eyni genetik quruluşa malik bakteriyalar aşkar edilib”. Açıqlamada  qeyd  edilir ki Arlondakı fabrikdə istehsal olunan “Kinder” məhsulları fabrikdə lazımi gigiyena tədbirləri görüldükdən və məhsullarda salmonella testi mənfi nəticələndikdən sonra Avropaya və dünyaya   paylanıb.  25 aprel tarixinə dünya üzrə Kinder məhsulları ilə əlaqəli olduğu ehtimal edilən 151 salmonella hadisəsi aşkar edilib ki, onlardan 65-i İngiltərə, 26-sı Belçika, 25-i Fransa, 10-u Almaniya, 15-i İrlandiyada, 4-ü İsveçdə, 2-si Hollandiya   mənşəlidir. Lüksemburq, Norveç, İspaniya və ABŞ-da hər birində bir hadisə  qeydə    alınıb.

Xəstəliklərin 89 faizinin 10 yaşa qədər uşaqlar olduğu, 21 hadisədə qusma, ürəkbulanma, qanlı ishal kimi ağır simptomların müşahidə edildiyi   ifadə  edilən  açıqlamada   Salmonella infeksiyası ilə bağlı ölüm hallarının qeydə alınmadığı bildirilib.

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin aprelin 19-da  qəbul  etdiyi   qərara  görə   “Kinder” markalı məhsulları idxal  edə  bilmək  üçün salmonella analizi   aparılmalıdır. 



Әlaqәli Xәbәrlәr