Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın Zaporojya şəhərində ABŞ  və Avropa ölkələrindən göndərilən silah və sursatların yerləşdiyi anqarları uzaqmənzilli “Kalibr” raketləri ilə vurduqlarını bildirib.

1819212
Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın Zaporojya şəhərində ABŞ  və Avropa ölkələrindən göndərilən silah və sursatların yerləşdiyi anqarları uzaqmənzilli “Kalibr” raketləri ilə vurduqlarını bildirib.

İqor Konaşenkov Rusiya ilә Ukrayna arasındakı müharibәnin gedişatı ilә bağlı mәlumat verib.

Ukraynadakı hədəflərə qarşı yüksək dəqiqlikli silahlardan istifadə etməyə davam etdiklərini bildirәn Konaşenkov deyib: “ABŞ və Avropa ölkələri tərəfindən Ukrayna hərbçilәrinә göndərilən çox sayda xarici silah və sursatların dənizdən uzaq mənzilli, yüksək dəqiqlikli “Kalibr” raketləri ilə məhv edilib’’.

Rusiya hava döyüş taktiki birliklərinin gecə ərzində Ukraynanın 59 hәrbi obyektini vurduğunu qeyd edən İqor Konaşenkov raket və artilleriya bölmələrinin 573 hədəfi atəşə tutduğunu bildirib.

Ukraynaya məxsus 18 pilotsuz uçuş aparatını hava hücumundan müdafiə raket sistemləri, hәmçinin  İlyiçevka qəsəbəsində “Toçka-U”  raketini vurduqlarını qeyd edən Konaşenkov deyib:

“Bu günə qədər Ukrayna ordusuna məxsus 141 təyyarə, 110 helikopter, 607 pilotsuz uçuş aparatı, 273 hava hücumundan müdafiə raket sistemi, 2 596 tank və zirehli texnika, 296 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 1134 haubitsa və minaatan, 2413  hәrbi avtomobil mәhv edilib’’.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.

 

 



Әlaqәli Xәbәrlәr