Rusiya prezidenti Vladimir Putin Emmanuel Makrona tәbrik mәktubu ünvanlayıb

Rusiya prezidenti Vladimir Putin yenidən prezident seçilən Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.

1817551
Rusiya prezidenti Vladimir Putin Emmanuel Makrona tәbrik mәktubu ünvanlayıb

Rusiya Prezident Sarayı Kremldən verilən yayılan  açıqlamaya  görә  Putinin  Makrona  ünvanladığı mәktubda: “Sizə dövlət fəaliyyətinizdə uğurlar, o cümlədən cansağlığı və firavanlıq arzulayıram”.

Xatırladaq ki, Fransada prezident seçkilərinin yekun nəticələri məlum olub. 

Belə ki, prezident seçkilərinin ikinci turunda bülletenlərin 100 %-i hesablandıqdan sonra hazırkı Prezident Emmanuel Makron 58,55 faiz səs topladığı müəyyənləşib. 

Onun rəqibi Marin Le Pen seçicilərin 41,45 faizinin dəstəyini qazanıb.

Emmanuel Makronun yenidən prezident seçilməsindən sonra paytaxt Paris, Renn və Nantda  etiraz  aksiyaları keçirilib. Özlərini “antifaşist” adlandıran yüzlərlə insan Parisin Respublika meydanına toplaşıb. Fəallar Makron əleyhinə şüarlar səsləndiriblər. Polis nümayişçilərə gözyaşardıcı qazla müdaxilә  edib.

 



Әlaqәli Xәbәrlәr