Pakistan Hindistanın bu hərəkətindən təəssüflənib

Pakistan Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir...

1817802
Pakistan Hindistanın bu hərəkətindən təəssüflənib

 

  Pakistan Hindistanın öz vətəndaşlarını Pakistanda təhsil almamağa çağırmasından təəssüflənib.

  Pakistan Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir: “Hindistan Universiteti Qrant Komissiyası və Bütün Hindistan Texniki Təhsil Şurası tərəfindən birgə verilən bəyanatın üslubu tələbələri təhdid etməklə yanaşı, həm də avtoritar rejim qoxusu yayır.

   Rəsmi Yeni Dehli ölkədə şovinizmi alovlandırmaq üçün "Hindu milləti" mandatının bir hissəsi olaraq bu cür addımlar atır. Buna təəssüf edirik.

  Hindistan öz vətəndaşlarını Pakistanda təhsil almamağa çağırır.

  Rəsmi İslamabad Yeni Dehlinin açıq ayrı-seçkilik hərəkətinə cavab vermək hüququnu özündə saxlayır”.

  Qeyd edək ki, Hindistan Universiteti Qrant Komissiyası və Texniki Təhsil üzrə Bütün Hindistan Şurası tərəfindən aprelin 23-də yayımlanan bəyanatda Pakistanda təhsil alan vətəndaşların Hindistanda işləmək və ya ali təhsil almaq hüququ olmayacaqları bildirilib. Bəyanatda Hindistan vətəndaşlarına Pakistandakı təhsil müəssisələrində oxumamağa çağırılıb.



Әlaqәli Xәbәrlәr