Əfqanıstanla sərhəddə üç Pakistan hərbçisi həlak oldu

Pakistan mətbuatına istinadla xəbər verir ki, son günlər Əfqanıstanla sərhədin bu hissəsində gərginlik səngimir

1816966
Əfqanıstanla sərhəddə üç Pakistan hərbçisi həlak oldu

 

  Pakistanın Əfqanıstanla sərhədində - Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan dairəsində atışma nəticəsində üç Pakistan hərbçisi həlak olub.

  Pakistan mətbuatı xəbər verir ki, son günlər Əfqanıstanla sərhədin bu hissəsində gərginlik səngimir.

  Pakistan hakimiyyəti Əfqanıstan ərazisindən törədilən bu inisidenti kəskin pisləyib.

  Bildirilir ki, aprelin 14-də Pakistan-Əfqanıstan sərhədinin İşam rayonunda da yeddi Pakistan hərbçisi öldürülmüşdü.



Әlaqәli Xәbәrlәr