60 miqrantın olduğu və Kiprə yollanan qayıq batdı

Livanın Qırmızı Aypara Cəmiyyəti bildirib ki, qayıqda olan miqrantlar Afrika və Yaxın Şərq ölkələri, o cümlədən Livan vətəndaşları olublar

1817095
60 miqrantın olduğu və Kiprə yollanan qayıq batdı

 

  Livan dənizçiləri bu ölkənin şimalında yerləşən Tripoli limanının yaxınlığında dənizdən 9 qeyri-leqal miqrantın cəsədini çıxarıblar.

  NNA informasiya agentliyi xəbər verir ki, Tripoli limanının rəisi Əhməd Tamer içərisində 60 miqrantın olduğu və Kiprə yollanan qayığın batdığını bildirib. Onun sözlərinə görə, 28 nəfər livanlı hərbi dənizçilər tərəfindən xilas edilib, 23 miqrant isə itkin düşüb. Hazırda itkin düşmüş şəxslərin axtarışı davam edir.

  Livanın Qırmızı Aypara Cəmiyyəti bildirib ki, qayıqda olan miqrantlar Afrika və Yaxın Şərq ölkələri, o cümlədən Livan vətəndaşları olublar.



Әlaqәli Xәbәrlәr