Avstraliyada evdə qulluq xidməti gözləyən qoca ölümləri artıb

Avstraliyanın ana müxalifətdəki İşçi Partiyası, 2017-ci ilin iyul ayından bəri evdə qulluq xidməti gözləyən 50 mindən çox qocanın həyatını itirdiyini açıqlayıb.

1816331
Avstraliyada evdə qulluq xidməti gözləyən qoca ölümləri artıb

TRT-nin “Quardian Australia” qəzetinə istinad etdiyi xəbərə görə, İşçi Partiyasının aparıcı simalarından Mark Butler sözmövzusu vəziyyəti “faciə” və “milli utanc” kimi qiymətləndirib. Evdə baxım xidmətlərini gözləyənlərə çatmaqda gecikmələrin səhiyyə sistemindəki böhranı göstərdiyini iddia edən Butler: “Əksər avstraliyalılar öz evlərində qocalmaq istəyirlər, lakin onlara bu imkanı yaradacaq təşkilatda böhran hökm sürür. Hələ də evdə qulluq almağı gözləyən on minlərlə yaşlı avstraliyalı var. 2017-ci ilin iyul ayından bəri evində xidmət gözləyən 50 mindən çox insan həyatını itirdi”-deyə vurğulayıb.

Koalisiya hökuməti tərəfindən evdə qulluq xidmətlərindəki gecikmələri aradan qaldırmaq üçün qurulan Milli Prioritet Sisteminin (NPS) hesabatına görə bu sahədə lazımlı addımlar atılmır. Hökumət isə müxalifətin tənqidlərinin ədalətsiz olduğunu iddia edir.



Әlaqәli Xәbәrlәr