ÜST: Koronavirusa yoluxma halları həftə ərzində azalıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal yeni növ koronavirusa (Covid-19) yoluxma nisbətinin son bir ayda azalmağa davam etdiyini açıqlayıb.

1815878
ÜST: Koronavirusa yoluxma halları həftə ərzində azalıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal yeni növ koronavirusa (Covid-19) yoluxma nisbətinin son bir ayda azalmağa davam etdiyini açıqlayıb.

Təşkilatın yaydığı həftəlik aktual "Covid-19" hesabatında 11-17 aprel tarixlərində qlobal yoluxma artımına dair məlumatlar paylaşılıb.

Hesabata görə, bu müddət ərzində dünyada 18 min 215 nəfər virus səbəbilə həyatını itirib, 5,5 milyon "Covid-19" ydluxma halı qeydə alınıb.

Qlobal yoluxma artımı nisbəti əvvəlki həftə ilə müqayisədə 24 faiz azalıb və qlobal yoluxmaların azalması martın son həftəsindən bəri davam edir.

ÜST tərəfindən martın 30-da yayılan 2022-ci ildə "Covid-19" Qlobal Fövqəladə Vəziyyətə Son Vermək üçün Strateji Hazırlıq və Mübarizə Planına virusun təkamülü ilə bağlı 3 ssenari daxildir.

Birinci ssenaridə, gücləndirici peyvənd dozaları tələb etməyəcək az sayda və təsirsiz "Covid-19" variantının olacağı proqnozlaşdırılır.

İkinci ssenaridə virusun təkamülünü davam etdirəcəyi, lakin peyvəndlər sayəsində ağır xəstəliyin sürətinin azalacağı gözlənilir.

Üçüncü ssenaridə isə əsas diqqəti virusun daha ağır və yoluxucu variantlarının ortaya çıxmasına və bu yeni təhlükəyə qarşı mövcud vaksinlərin işləməməsi ehtimalı nəzərdə tutulur.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Təşkilatın Strateji Hazırlıq və Mübarizə Planını qiymətləndirməsində "Covid-19"-un bu ilin sonuna doğru tamamilə nəzarət altına alına biləcəyini dilə gətirərək, ən yaxşı ssenari üçün qlobal peyvənd nisbətinin artırılmasını tövsiyə etmişdi.



Әlaqәli Xәbәrlәr