İqor Konaşenkov: ‘‘Ukrayna ordusuna mәxsus çox sayda obyekt vurulub’’

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukrayna ordusunun Donbas bölgəsindəki hədəflərini yüksək dəqiqlikli raketlərlə vurduqlarını bildirib.

1814848
İqor Konaşenkov: ‘‘Ukrayna ordusuna mәxsus çox sayda obyekt vurulub’’

 

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukrayna ordusunun Donbas bölgəsindəki hədəflərini yüksək dəqiqlikli raketlərlə vurduqlarını bildirib.

İqor Konaşenkov Donbas bölgəsində bəzi hədəflərə qarşı yüksək dəqiqlikli silahlardan istifadə etdiklərini bildirib. Konaşenkov deyib: “Kalinovo-Popasnoe yaşayış mәntәqәsi yaxınlığındakı 2 mövqe,düşmənin Mirnoe, Slavyansk və Popasnoe yaşayış mәntәqәlәri ətrafındakı  hərbi texnikası və əsgərlərin toplaşdığı yer havadan buraxılan yüksək dəqiqlikli raketlərlə vurulub. 180-ə yaxın əsgər və 15 zirehli texnika məhv edilib. Bundan əlavə, ‘‘Buk-M1’’ hava hücumundan müdafiə sistemi Barvenkovo ​​qəsəbəsi yaxınlığında məhv edilib”. 

Rusiya hәrbi hava qüvvələrinin  Ukraynaya mәxsus 31 hәrbi obyetkti vurduğunu qeyd edən İqor Konaşenkov bildirib ki, bunlar arasında  Razdolnoe və Novoqrodovka yaşayış mәntәqәlәri ətrafındakı  2 komanda mərkəzi, 28 hərbi texnika və əsgərlərin toplandığı ərazi, çoxbarrelli reaktiv yaylım atəşi sistemi var.

Rusiya hava hücumundan müdafiə sisteminin də Çernobayevka, Zaliznoe və Pokrovskoe yaşayış məntəqələri üzərində Ukraynaya məxsus 3 pilotsuz uçuş aparatını vurduğunu deyən Konaşenkov  artilleriya birləşmələrinin 2 komanda mərkəzi, silah-sursat anbarı və çoxlu sayda hərbi texnikanı vurduğunu  bildirib.

“Bu günə qədər Ukrayna ordusuna məxsus 140 təyyarə, 490 pilotsuz uçuş aparatı, 253 hava hücumundan müdafiə  sistemi, 2 min 367 tank və zirehli texnika, 256 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 1021 haubitsa və minaatan, 2 min 225 hәrbi maşın mәhv edilib’’,-deyә İqor Konaşenkov vurğulayıb.



Әlaqәli Xәbәrlәr