Filippində “Meqi” qasırğasında ölənlərin sayı artıb

Filippində 2,08 milyondan çox insan “Meqi” tropik qasırğasının təsirinə məruz qalıb, 178 nəfər həlak olub.

1815214
Filippində “Meqi” qasırğasında ölənlərin sayı artıb

Bu barədə Respublikanın Risklərin Qarşısının Alınması və Şura Rəhbərliyi məlumat yayıb.

Yerdəyişməyə məruz qalan 176 mindən çox insan 450 təxliyə mərkəzindədir. Siklon 9 rayona yayılıb, 33,4 min nəfər əvvəlcədən təxliyə edilib, 111 nəfər itkin düşüb.

“Meqi” 10,5 min evə ziyan vurub, 760 ev tamamilə məhv olub. ilkin zərərin məbləği 709,5 min peso (13,5 min ABŞ dolları) təşkil edib. Kənd təsərrüfatına dəymiş zərərin məbləği 257 milyon peso (4,9 milyon dollar), 45 infrastruktur obyektinə 6,95 milyon peso (133,2 min dollar) ilə qiymətləndirilir.

825 sel hadisəsi qeydə alınıb. 309 yol və 15 körpü zədələnib. 76 şəhərdə elektrik enerjisi, su təchizatında fasilələr qeydə alınıb. Lakin onlardan 12-si artıq bərpa olunub. 3 munisipialitetdə su təminatı ilə əlaqədar problemlər qalır.

8 regionda 193 təhsil müəssisəsində məşğələlər, 140 müəssisədə isə iş dayandırılıb. İşinə fasilə verməli olan 41 limandan 6-sı fəaliyyətini bərpa edib. 17 şəhər və munisipialitetdə fövqəladə vəziyyət hökm sürür.

Hökumət 63,8 milyon peso (1,21 milyon dollar) yardım ayırıb.

 



Әlaqәli Xәbәrlәr