NATO dünyanın ən böyük canlı kiber təliminə başlayır

NATO dünyanın ən böyük və mürəkkəb canlı beynəlxalq kiber təliminə başlayır.

1814296
NATO dünyanın ən böyük canlı kiber təliminə başlayır

TRT xarici mətbuata istinadla xəbər verir ki, 19-22 aprel tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində NATO-nun Birgə Kiber Müdafiə Mükəmməllik Mərkəzi tərəfindən illik “Bağlı Qalxanlar” təlimi təşkil olunacaq.

Təlimdə NATO müttəfiqləri və NATO tərəfdaş ölkələrindən kibertəhlükəsizlik və İT ekspertləri iştirak edəcək. Bu ilki təlimdə ukraynalı ekspertlər də iştirak edəcək.

Təlim ssenarisinə əsasən, Beriliya adlı uydurma ölkənin hərbi və mülki informasiya sistemlərinə kiberhücumlara qarşı mövcud təhlükəsizlik mühiti nəzərə alınmaqla, geosiyasi vəziyyətlərdə nə ediləcəyinə qərar veriləcək. Dövlət qurumları, universitetlər, beynəlxalq təşkilatlar və şirkətlərin əməkdaşlıq edəcəyi təlimdə NATO ilə yanaşı, Siemens, TalTech, Clarified Security, Arctic Security və CR14 kimi şirkət və qurumlar da iştirak edəcək.

 



Әlaqәli Xәbәrlәr