Cen Psaki ‘‘ABŞ Ukraynaya qoşun göndәrmәyәcәk’’

Amerika Birləşmiş Ştatları Ukraynaya müdafiə yardımı etmәyә davam edәcәk.

1814476
Cen Psaki ‘‘ABŞ Ukraynaya qoşun göndәrmәyәcәk’’

Amerika Birləşmiş Ştatları Ukraynaya müdafiə yardımı etmәyә davam edәcәk.

Bu barәdә Ağ Evin sözçüsü Cen Psaki keçirdiyi gündәlik mәtbuat konfransında bildirib.

Jurnalistlәrin Rusiyanın Ukraynaya silah yardımının gözlәnilmәz nәticәlәri olacağı ilә әlaqәdar ABŞ-a nota verdiyi iddiası ilә bağlı sualını cavablandıran Cen Psaki deyib: ‘‘Mən bunu şərh etməyəcəyəm. Rusiyanın boş hədələri barədə spekulyasiya etməyəcəyəm. Hazırda biz prezident Co Baydenin  dediyini edirik və Rusiyanın işğalına qarşı Ukraynaya ciddi müdafiə və iqtisadi dəstək veririk. Biz bunu etməyə davam edәcәyik’’.

Cen Psaki qeyd edib ki, ABŞ nümayəndə heyəti Ukraynaya gedərsə, təhlükəsizlik baxımından bunu əvvəlcədən elan etməyəcəklər. O, hәmçinin vurğulayıb ki, Co  Baydenin Ukraynaya getmək fikri yoxdur.

ABŞ-ın Ukraynadakı səfirliyinin lazımi tədbirlər görüldükdən sonra Kiyevə qayıtmasını istədiklərini ifadə edən Ağ Evin sözçüsü ölkəsinin Ukraynaya qoşun qöndәrmәyәcәyini  bir daha vurğulayıb.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.

 



Әlaqәli Xәbәrlәr