Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov müharibə başlayandan indiyədək Ukrayna ordusuna məxsus 130 təyyarə, 99 helikopter və 2 153 tank və zirehli texnikanı vurduqlarını söylәyib.

1813084
Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

 

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov müharibə başlayandan indiyədək Ukrayna ordusuna məxsus 130 təyyarə, 99 helikopter və 2 153 tank və zirehli texnikanı vurduqlarını söylәyib.

İqor Konaşenkov Rusiya ilә Ukrayna arasındakı müharibәnin gedişatı ilә bağlı mәlumat verib.

Rusiya hərbi birləşmələrinin Ukrayna silahlı qüvvələrinin Kahov Su Elektrik Stansiyasına raket hücumunun qarşısını aldığını deyən İqor Konaşenkov bildirib ki, bu mühüm obyekt Dnepr çayının axınını tənzimləyir, Xerson vilayətini elektrik enerjisi, Ukraynanın cәnubundakı qәsәbәlәri vә Krımın şimal bölgәlәrini su ilә tәmin edir.

Konaşenkov su bәndinә atılan “Toçka-U” raketinin havada vurulduğunu və raket parçalarının Novoya Kaxovka qəsəbəsinə düşdüyünü bildirib.

İqor Konaşenkov bir gündə Ukraynaya mәxsus altı hərbi obyektin yüksək dəqiqlikli raketlərlə vurulduğunu bildirib.

Rusiya hava qüvvələrinin Ukraynaya mәxsus altı hərbi obyekti məhv etdiyini qeyd edən Konaşenkov deyib:

“İndiyədək  Ukrayna ordusuna mәxsus 132 təyyarə, 105 helikopter, 245 hava hücumundan müdafiə sistemi, 457 pilotsuz uçuş aparatı, 2 224 tank və zirehli texnika, 251 reaktiv yaylım atəşi sistemi, 971 haubitsa və minaatan, 2 mindәn çox hərbi avtomobil mәhv edilib’’.

 



Әlaqәli Xәbәrlәr