BMT Ukraynada ölәn mülki vәtәndaşların sayını açıqlayıb

Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn Ukraynada azı 1982 mülki vәtәndaş hәyatını itirib, 2 651 mülki vәtәndaş yaralanıb, 4 milyon 796 min 245 qaçqın da qonşu ölkәlәrә köçüb.

1813086

Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarlığı Ukraynadakı qaçqın böhranı ilə bağlı müxtəlif mənbələrdən əldə etdiyi məlumatları paylaşıb.

Açıqlamada 24 fevral-14 aprel tarixləri arasında 4 milyon 796 min 245 qaçqının Ukraynadan qonşu ölkələrə köçdüyü bildirilib.

Açıqlamada Polşaya 2 milyon 720 min 622, Moldovaya 419 min 499, Rumıniyaya 726 min 857, Macarıstana 447 min 53, Slovakiyaya 329 min 597, Belarusa 22 min 827 qaçqının getdiyi bildirilib.

Bu rəqəmlərə əlavə olaraq 21-23  fevral tarixlərində Donetsk və Luqansk bölgәlәrindәn 113 min qaçqının  Rusiyaya keçdiyi qeyd edilib.

Әlaqәli Xәbәrlәr