Ceyms Heppi: "Bütün variantlar masadadır"

İngiltərənin müdafiə naziri Qərbin Rusiyanın Ukraynada kimyəvi silahdan istifadəsinə necə cavab verəcəyi mövzusunda “bütün variantların masada” olduğunu bildirib.

1811060
Ceyms Heppi: "Bütün variantlar masadadır"

İngiltərənin müdafiə naziri Ceyms Heppi Qərbin Rusiyanın Ukraynada kimyəvi silahdan istifadəsinə necə cavab verəcəyi mövzusunda “bütün variantların masada” olduğunu bildirib. 

Heppi Rusiyanın Ukraynanın Mariupol şəhərində kimyəvi silahdan istifadə etdiyinə dair iddialardan sonra ölkə mətbuatına verdiyi açıqlamada İngiltərə hökumətinin kimyəvi silah istifadə xəbərlərini hələlik təsdiq edə bilmədiyini ifadə edib.

Nazir “Lakin kimyəvi silahdan istifadənin doğru olduğu sübut olunarsa, Rusiya prezidenti Vladimir Putin bilməlidir ki, Qərbin necə cavab verəcəyi ilə bağlı “bütün variantlar” masadadır” ifadəsini işlədib. 

Bunun NATO-nun birbaşa iştirakı deməkdirmi sualına Nazir Heppi “Bütün variantlar masadadır” cavabını verib.

Putinin kimyəvi silahdan istifadənin qəbuledilməz olduğunu bilməsinin vacibliyinə toxunan Heppi deyib ki, “Bu silahların istifadəsinə Qərbin tamaşaçı qalmayacağını gözləməməlidir.

Sərhədləri aşan bəzi şeylərin olduğunu və kimyəvi silah istifadəsinin cavab alacağı barədə çox dəqiq olmağın vacib olduğunu xatırladan Heppi bu cavabın nə ola biləcəyi ilə bağlı variantların masada olduğunu vurğulayıb:

"Əgər kimyəvi silahdan istifadə olunubsa, bu, bizim Baş nazirimiz (Boris Conson) və dünyanın digər hökumət başçıları üçün buna necə cavab verəcəyimizi düşünmək üçün çox vacib məqamdır".

İngiltərənin xarici işlər naziri Liz Truss da dünən "Twitter" səhifəsində paylaşıb ki, ölkəsi Rusiya qüvvələrinin Mariupoldakı hücumda kimyəvi silahdan istifadə edə biləcəyinə dair xəbərlərin təfərrüatlarını təsdiqləmək üçün tərəfdaşları ilə işləyir.

ABŞ  Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi də Rusiyanın Ukraynanın Mariupol şəhərində kimyəvi silahdan istifadə etməsi ilə bağlı iddiaların narahatlıq doğurduğunu bildirib.

Kirbi "Bu, Rusiyanın Ukraynada kimyəvi  maddə qarışdırılmış gözyaşardıcı qaz da daxil olmaqla, müxtəlif kütlələrə nəzarət altına alacaq maddələrdən istifadə etmək potensialı ilə bağlı narahatlığımızı təsdiqləyir" deyib.



Әlaqәli Xәbәrlәr