Parkinson xəstəliyindən əziyyət çəkənlərin sayı sürətlə artır

Dünyada 10 milyon insan xalq arasında “qocalıq xəstəliyi” olaraq da bilinən Parkinson xəstəliyindən əziyyət çəkir.

1810194
Parkinson xəstəliyindən əziyyət çəkənlərin sayı sürətlə artır

Parkinson xəstəliyi haqqında maarifləndirmə yaratmaq və diqqəti onunla mübarizəyə yönəltmək məqsədi ilə 11 aprel “Ümumdünya Parkinson Günü” kimi tanınıb.

Parkinson.org saytının məlumatına görə, dünyada 10 milyon insanın Parkinson xəstəliyi ilə mübarizə apardığı təxmin edilir. İlk dəfə 1817-ci ildə Londonlu həkim Ceyms Parkinsonun adı ilə gündəmə daxil olan xəstəlik beyində “dopamin” adlı neyrotransmitterlərin bir-biri ilə əlaqə saxlamasını təmin edən maddəni istehsal edən hüceyrələrin təxribatı nəticəsində yaranır. Ən bariz və ümumi simptomu titrəmə və hərəkət yavaşlığı kimi bilinən Parkinson xəstəliyi kişilərdə qadınlara nisbətən bir az daha çox rast gəlinir.

2005-ci ildə keçirilən 9-cu Ümumdünya Parkinson Xəstəliyi Günü Konfransı zamanı “qırmızı lalə” xəstəliyin rəsmi simvolu kimi qəbul edilmişdir. Milli Yaşlanma İnstitutunun məlumatına görə, Parkinson xəstəliyi olan insanların əksəriyyəti 60 yaşdan yuxarıdır, hər 10 Parkinson xəstəsindən biri isə 50 yaşdan aşağıdır. 2020-ci ilin hesabatına görə ABŞ-da 930 min, Yaponiyada 344 min, Almaniyada 266 min, Fransada 157 min və İngiltərədə 142 min adam Parkinson xəstəliyindən əziyyət çəkir. Titrəməyə, əzələ sərtliyinə, hərəkət və tarazlıq problemlərinə səbəb olan xəstəliyin əlamətlərini azaltmaq mümkün olsa da, onu tamamilə aradan qaldıran və ya gedişatını ləngidən bir müalicə yoxdur.



Әlaqәli Xәbәrlәr