Fransada prezident seçkilərinin birinci turunun nəticələri

Ölkə üzrə 12 namizədin mübarizə apardığı prezident seçkiləri üçün səsvermənin birinci turu yerli vaxtla saat 20:00-da başa çatıb.

1810130
Fransada prezident seçkilərinin birinci turunun nəticələri

Ölkə üzrə 12 namizədin mübarizə apardığı prezident seçkiləri üçün səsvermənin birinci turu yerli vaxtla saat 20:00-da başa çatıb.

“France Info”, “Le Monde” və “France 24” ictimai yayım şirkətlərinin keçirdiyi sorğunun nəticələrinə görə, prezident seçilmək üçün birinci turda heç bir namizəd lazımi 50 faiz mütləq səs çoxluğu əldə edə bilməyib.

Müvafiq olaraq, Makron 28,1 faiz səslə seçkinin ilk turunda qalib gəlib. Le Pen 23,3 faizlə ikinci olub.

İfrat solçu namizəd Jan-Lyuk Melenşon 20,1 faiz, ifrat sağçı Erik Zemmur 7,2 faiz, sağ mərkəzçi Respublikaçılar Partiyasının namizədi Valeri Pekresse 5 faiz səs toplayıb.

Yaşıllar Partiyasının prezidenti və Avropa Parlamentinin üzvü Yannik Jadot 4,4 faiz, Sosialist Partiyasının (PS) namizədi, Paris meri Ann Hidalqo isə 2,1 faiz səs toplayıb.

İlk turda ilk iki yeri tutan Makron və Le Pen aprelin 24-də keçiriləcək səsvermənin ikinci turunda mübarizə aparacaqlar.

Seçkilərin birinci turunun rəsmi nəticələrini aprelin 13-də Konstitusiya Məhkəməsi elan edəcək.

İkinci turda qalib gələn namizəd mayın 13-dək vəzifəsinin icrasına başlayacaq.

Xatırladıq ki, Makron və Le Pen 2017-ci ildə prezident seçkilərinin ilk turunu ilk iki yerdə başa vuran namizədlər olub.

İkinci turda 66,1 faiz səs toplayan Makron prezident seçilib.



Әlaqәli Xәbәrlәr