Pakistanda İmran Xan hökuməti süqut etdi

"Pakistan “idxal” hökumətini əsla qəbul etməyəcək. 10 apreldən bütün ölkəni küçələrə çıxıb etiraz bildirməyə çağırıram”, İ.Xan

1809903
Pakistanda İmran Xan hökuməti süqut etdi

 

  Pakistanda parlamentdə etimadsızlıq səsverməsi nəticəsində İmran Xan hökuməti süqut etdi.

  Parlamentdə keçirilən etimadsızlıq səsverməsində ölkənin baş naziri İmran Xanın Nazirlər Kabinetinə 174 nəfər əleyhinə səs verib və hökumət 172 səs çoxluğu hədəfinə nail ola bilməyib.

  Beləliklə, İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk baş nazir olub. O deyib: “Müxalifətin hökuməti devirmək cəhdinin arxasında ABŞ dayanır. Bir neçə ay əvvəl parlament üzvlərindən ABŞ-ın İslamabaddakı səfirliyinə gediblər və orada onlara mənə qarşı etimadsızlıq səsverməsinin keçirilməsi tapşırılıb.

  Pakistan “idxal” hökumətini əsla qəbul etməyəcək. 10 apreldən bütün ölkəni küçələrə çıxıb etiraz bildirməyə çağırıram.”

  Xatırladaq ki, Pakistan Konstitusiya Məhkəməsinin aprelin 7-də çıxardığı qərar baş nazir İmran Xana etimadsızlıq səsverməsinə yol açıb.

  Qeyd edək ki, İmran Xan hökumətinin süqutundan sonra aprelin 11-də parlamentdə yeni baş nazir seçiləcək.

  Pakistan parlamentinin qaydalarına görə, baş nazir kreslosu boş qalarsa, qanunverici orqan müzakirəsiz və ya başqa iş görmədən yeni müsəlman baş naziri seçməlidir. Baş nazirliyə müraciət edən deputatlar arasından 172 və daha çox səs toplayan namizəd baş nazir seçilir.



Әlaqәli Xәbәrlәr