NATO Xarici İşlər Nazirləri Toplantısı davam edir

NATO və tərəfdaş ölkələrin xarici işlər nazirlərinin qatıldığı və Ukrayna əsas gündəmi ilə keçirilən toplantı Belçikanın paytaxtı Brüsseldə davam edir.

1808697
NATO Xarici İşlər Nazirləri Toplantısı davam edir

NATO və tərəfdaş ölkələrin xarici işlər nazirlərinin qatıldığı və Ukrayna əsas gündəmi ilə keçirilən toplantı Belçikanın paytaxtı Brüsseldə davam edir.

İkinci gün sessiyalarının açılış nitqində çıxış edən NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, iclasda Ukrayna, Gürcüstan, Finlandiya, İsveç, Avropa İttifaqı (Aİ), Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiyanın xarici işlər nazirləri də iştirak edib.

Bunun Rusiyanın təcavüzünə qarşı birliyin əlaməti olduğunu deyən Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitro Kulebanı xüsusilə salamlayıb və son vəziyyəti birbaşa ondan öyrənməyin vacibliyinə işarə edib.

Görüş mətbuata qapalı davam edir.

İclas dünən başlayıb və nazirlər dünən şam yeməyində bir araya gəliblər.

Stoltenberq bildirib ki, nazirlər Ukraynaya daha çox yardım, Rusiyanın təcavüzkar hərəkətlərinin nəticələrini və Moskva ilə gələcək münasibətləri müzakirə edəcəklər.

Stoltenberq iyunda İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammitə qədər NATO-nun növbəti “Strateji Konsepsiyası”nın hazırlanmasını müzakirə edəcəklərini də bildirib.



Әlaqәli Xәbәrlәr