İngiltәrә Baş naziri rus xalqına müraciәt edib

İngiltәrә Baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinin dünyanı dəhşətə gətirən vəhşiliklərə görə hərbi cinayətlər törətməkdə ittiham olunduğunu ifadә edib və ruslardan hәqiqәtlәri araşdırmalarını xahiş edib.

1807831

Boris Conson rus xalqına ünvanladığı 1 dəqiqə 50 saniyəlik mesajında ​​rus dilində “Rus xalqı həqiqəti bilməyə layiqdir, siz həqiqəti bilməyə layiqsiniz” deyib.

Daha sonra ingilis dilində davam edən Boris  Conson  rus qoşunlarının Buça, İrpin və Ukraynanın başqa yerlərində törətdiyi vəhşiliklərin dünyanı dəhşətə gətirdiyini söylәyib.

"Mülki vətəndaşlar qətlə yetirildi, əlləri bağlandı, güllələndilər. Qadınlar azyaşlı uşaqlarının gözü qarşısında zorlandı. Onların cəsədləri kobud şəkildə yandırıldı, kütləvi məzarlıqlara atıldı və ya küçədə qaldı",-deyә Boris Conson qeyd edib.

Rusiya hökumətinin bu ‘‘iyrənc” hərəkətləri ictimaiyyətdən gizlətməyə çalışmasının təəccüblü olmadığını qeyd edən İngiltәrә baş naziri deyib: “Prezidentiniz bilir ki, baş verənləri görə bilsəniz, onun müharibəsini dəstəkləməyəcəksiniz’’.

Conson Rusiya xalqından VPN-lərdən istifadə edərək Rusiyada qadağan olunmuş saytlara daxil olmağı və hәqiqәtlәri araşdırmalarını xahiş edib.

İngiltәrә Baş naziri deyib: "Prezidentiniz hərbi cinayətlər törətməkdə ittiham olunur. Amma onun sizin adınıza hərəkət etdiyinə inana bilmirəm" .

Әlaqәli Xәbәrlәr