Ərəb Dövlətləri Liqası Rusiya və Ukrayna nazirləri ilə danışıqlar aparacaq

Misir XİN-in mətbuat xidməti xəbər verir ki...

1806344
Ərəb Dövlətləri Liqası Rusiya və Ukrayna nazirləri ilə danışıqlar aparacaq

 

  Misirin xarici siyasət idarəsinin rəhbəri Sami Şükrünün sədrliyi ilə keçirilən Ərəb Dövlətləri Liqasının virtual iclasında bu təşkilatın nümayəndə heyətinin Rusiya və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba ilə danışıqlar aparacağı bildirilib.

  Misir XİN-in mətbuat xidməti xəbər verir ki, aprelin 4-də Varşavada başlayacaq danışıqlarda ərəb ölkələrinin Rusiya-Ukrayna böhranının həllində vasitəçilik rolu müzakirə olunacaq. Bundan başqa, Ərəb Dövlətləri Liqası BMT-yə müraciət edərək hərbi əməliyyatların dayandırılması istiqamətində daha təsirli tədbirlər görülməsi, bütün dünyanı bürüyən ağır sosial-iqtisadi böhranın dərinləşməsinin qarşısının alınmasını təklif edib.

  İclas iştirakçıları tərəfindən Ukraynada davam edən hərbi əməliyyatlar nəticəsində Qara və Aralıq dənizləri vasitəsilə Yaxın Şərq və Şimali Afrika ölkələrinə ərzaq yüklü gəmilərin hərəkətinin dayanmasının fəsadlarını və vəziyyətdən çıxış yolları da müzakirə olunub.

 



Әlaqәli Xәbәrlәr