İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә 3 fәlәstinli yaralanıb

İsrail qüvvәlәri işğal altındakı İordan çayının qәrb sahilindә inşa edilәn qeyri-qanuni yaşayış mәntәqәlәrinә qarşı etiraz aksiyası keçirәn fәlәstinlilәrә müdaxilә edib.

1805899
İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә 3 fәlәstinli yaralanıb

İsrail qüvvәlәri işğal altındakı İordan çayının qәrb sahilindә inşa edilәn qeyri-qanuni yaşayış mәntәqәlәrinә qarşı etiraz aksiyası keçirәn fәlәstinlilәrә müdaxilә edib. Müdaxilә nәticәsindә 3 fәlәstinli yaralanıb, çox sayda adam da gözyaşardıcı qazdan zәhәrlәnib.

Mǝlumata ǝsasǝn, fǝlǝstinlilǝr İordan çayının qǝrb sahilinin bir sıra bölgәsindә qeyri-qanuni şǝkildǝ inşa edilǝn yaşayış mǝntǝqǝlǝrinǝ qarşı etiraz aksiyası keçirib.

İsrail qüvvǝlǝrinin aksiya iştirakçılarına rezin vә hәqiqi güllǝ, hәmçinin  gözyaşardıcı qazla müdaxilǝ etdiyi bildirilib.

Fәlәstin Sәhiyyә Nazirliyindәn verilәn yazılı açıqlamada İsrail әsgәrlәrinin İordan çayının qәrb sahilinin Әl-Xәlil şәhәrindә 29 yaşlı fәlәstinlinin hәqiqi güllә ilә vurduğu bildirilib.



Әlaqәli Xәbәrlәr