Lavrov: "İstanbuldakı danışıqların nəticələrini gələcək üçün müsbət hal kimi qiymətləndiririk”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna ilə danışıqların nəticələri "gələcək üçün müsbət irəliləyişdir".

1804587

Lavrov Çinin Anhui əyalətinin Tunşi şəhərində Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqlar barədə jurnalistlərə açıqlama verib.

Danışıqların müsbət keçdiyini bildirən Lavrov bunun hələ yekun nəticə olmadığını qeyd edib.

Lavrov “Martın 29-da İstanbulda keçirilən danışıqların nəticələrini gələcək üçün müsbət hal kimi qiymətləndiririk”.

Qeyd edək ki, martın 29-da Türkiyenin Rusiya və Ukrayna arasında vasitəçilik cəhdləri ilə iki ölkənin nümayəndə heyətləri arasında atəşkəsə nail olmaq məqsədi ilə İstanbulda 4-cü üzbəüz danışıqlar keçirilib.

İstanbuldan əvvəl Belarusda 3 dəfə üzbəüz danışıqlar aparılıb.

Әlaqәli Xәbәrlәr