Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiә Nazirliyinin mәtbuat katibi İqor Konaşenkov Ukraynanın Rivne bölgәsindәki yanacaq çәninin yüksәk dәqiqlikli raketlәrlә vurduqlarını bildirib.

1803707
Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiә Nazirliyinin mәtbuat katibi İqor Konaşenkov Ukraynanın Rivne bölgәsindәki yanacaq çәninin yüksәk dәqiqlikli raketlәrlә vurduqlarını bildirib.

İqor Konaşenkov Rusiya ilә Ukrayna arasındakı müharibәnin gedişatı ilә bağlı mәlumat verib.

Rusiya Hərbi Hava Qüvvələrinin gecə saatlarında Ukrayna ordusuna mәxsus  68 hərbi hədəfi məhv etdiyini qeyd edən Konaşenkov  bunlar arasında 3 komanda mərkəzi, 3 әdәd ‘‘Buk-M1’’, 1 әdәd  ‘‘Osa’’, 4 hava hücumundan müdafiə  sistemi, 1 rabitә stansiyası, 5 reaktiv yaylım atəşi qurğusu, 2 sursat anbarı, 3 yanacaq çəni, 19 dəstək mərkəzi və hərbi vasitə sahələrinin olduğunu ifadə edib.

Rusiya hava hücumundan müdafiə  sistemlərinin Ukraynanın 3 pilotsuz uçuş aparatını məhv etdiyini bildirən Konaşenkov deyib: ‘‘Martın 28-i axşam radәlәrindә Rivne vilayətinin Klevan qəsəbəsindəki böyük yanacaq bazası yüksək dəqiqlikli raketlərlə vurulub. Bu baza Kiyev yaxınlığındakı Ukrayna hərbi maşınlarını yanacaqla təmin edirdi".



Әlaqәli Xәbәrlәr