Şimali Koreya qitələrarası ballistik raketi sınaqdan keçirdiyini bildirdi

Şimali Koreya martın 24-də Kim Çen Inın birbaşa göstərişi ilə "Hvason-17" qitələrarası ballistik raketi sınaqdan keçirdiyini təsdiqləyib.

1801693

Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkənin dünən yeni tip ICBM-ni işə saldığını bildirib.

Xəbərdə bu raketin “ilk dəfə atıldığı” və sınağın Şimali Koreya lideri Kim Çen Inın nəzarəti altında keçirildiyi qeyd olunub.

Cənubi Koreya Şimali Koreyanın raketinin dünən 6200 kilometrdən çox yüksəklikdə təxminən 1080 kilometr uçduğunu bildirib.

Yaponiya raketin Hokkaydadakı Oşima bölgəsindən 150 kilometr qərbə və milli müstəsna iqtisadi zonaya düşdüyünü təsdiqləyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş qitələrarası ballistik raket sınağının BMT Təhlükəsizlik Şurasının qətnamələrini "açıq şəkildə pozduğunu" bildirib.

Belçikanın paytaxtı Brüsseldə keçirilən G7 liderlər zirvəsi çərçivəsində ikitərəfli görüş keçirən ABŞ prezidenti Co Bayden və Yaponiyanın Baş naziri Kişida Fumio raket sınaqını qınayıblar.

Әlaqәli Xәbәrlәr