Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyanın  bir ay ərzində paytaxt Kiyevi mühasirəyə ala bilmədiyini bildirib.

1801155
Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

 

Ukrayna Baş Qərargahı Rusiyanın  bir ay ərzində paytaxt Kiyevi mühasirəyə ala bilmədiyini bildirib.

Ukrayna  Baş Qərargahından verilən açıqlamada Rusiyanın bir ay əvvəl Ukrayna әrazisindә başlatdığı müharibә və cəbhələrdəki son vəziyyət qiymәtlәndirilib.

Bildirilib ki, Rusiya Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə daxil ola bilməyib, Kiyev şəhərini mühasirəyə ala bilməyib, Ukraynanın sol hissәsini nәzarәt altına ala bilmәyib. Bəyanatda qeyd olunub ki, Rusiya Kiyev, Çerniqov, Sumi, Xarkov və Mariupolu ələ keçirmək üçün yenidən hücuma keçmәkdәn vaz keçmәyib. Mәlumatda bildirilib ki, son 24 saat әrzindә Kalinovka, Qorinka, Puşa-Voditsa, Noviye Petrovtsi, Romanovka və Kiyev şəhərinin şimal-şәrqi artilleriya atәşinә tutulub. Mariupoldakı mülki infrastruktur obyektləri hava və artilleriya atəşinə məruz qalmaqda davam edir.

Ukrayna Baş Qərargahı fevralın 24-dən martın 24-dək Rusiya ordusunun itkiləri ilə bağlı bәyanat da yayıb.

Bәyanatda vurğulanıb ki, Ukraynaya hücum edən Rusiya ordusundan 15 min 800 əsgəri öldürülüb, ruslara məxsus 108 təyyarə, 124 helikopter, 530 tank, 1597 zirehli texnika, 280 artilleriya qurğusu, 82 reaktiv yaylım atəşi sistemi və 47 hava hücumundan müdafiə sistemi məhv edilib.

Rusiya qüvvələrinin hәmçinin 1033 maşın, 4 qayıq, 72 yanacaq daşıyan maşın və 50 pilotsuz uçuş aparatı vurulub.

Ukrayna Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada deyilir: “İşğalçıların Qara dəniz donanmasının “Orsk” adlı iri desant gəmisi işğal altındakı Berdyansk limanında məhv edilib”.

Bu barәdә Ukrayna Hәrbi Dәniz Qüvvәlәrinin rәsmi ‘‘Facebook’’ sәhifәsindә paylaşım edilib.

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk rәsmi internet sәhifәsindә verdiyi bәyanatda qarşıdurmaların yaşandığı bölgәlәrdәn mülki vәtәndaşların tәxliyә edilmәsi ilә baplı prosesin davam etdiyini deyib. O, açılan 9 humanitar dәhlizdәn 7-nin istifadә edildiyini bildirib.

Vereşçuk dünən Mariupol şəhərindən 2912 nəfərin şəxsi avtomobilləri ilə Zaporojyaya gəldiyini ifadə edib.

"Kiyev vilayətindən 919, Qulaypole şəhərindən 51, Rubejnoye, Lisiçansk, Severodonetsk, Kremennaya şəhərlərindən isə 672 nəfəri təxliyə etdik. Bu şəhərlərə 60 ton humanitar yardım çatdırdıq",-deyә Ukrayna Baş nazirinin müavini qeyd edib.



Әlaqәli Xәbәrlәr