Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna mәxsus 86 hәrbi infrastrukturun mәhv edildiyini açıqlayıb.

1800985
Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna mәxsus 86 hәrbi infrastrukturun mәhv edildiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya ilә Ukrayna arasındakı müharibәnin gedişatı ilә bağlı mәlumat verib. Rusiya ordusunun Ukraynadakı hәrbi infrastrukturu vurmağa davam etdiyini ifadә edәn İqor Konaşenkov deyib: ‘‘Gün әrzindә Ukrayna ordusuna mәxsus 86 hәrbi infrastruktur mәhv edilib’’.

İqor Konaşenkov hәmçinin qeyd edib ki, bu günәdәk Ukrayna ordusuna mәxsus 255 pilotsuz uçuş aparatı, 189 reaktiv yaylım atəşi sistemi, 158 hava hücumundan müdafiə sistemi, 1564 tank və zirehli texnika, 624 haubitsa və minaatan, 1367 hәrbi avtomobil məhv edilib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da Ukrayna tərəfindən bölgədəki bir kəndə raket atıldığını və insanların təxliyə edildiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isә indiyәdәk  Ukraynadakı tibb mәrkәzlәrinә edilәn 64 hücum nәticәsindә 15 nәfәrin hәlak olduğunu açıqlayıb.

 



Әlaqәli Xәbәrlәr