Yaponiya Qana vә Kameruna ‘‘Covid-19’’ әleyhinә peyvәnd göndәrәcәk

Yaponiya yeni növ koronavirus (COVİD-19) epidemiyası ilə mübarizə çәrçivәsindә Qana və Kameruna peyvәnd  göndərəcək.

1798289
Yaponiya Qana vә Kameruna ‘‘Covid-19’’ әleyhinә peyvәnd göndәrәcәk

 

Yaponiya yeni növ koronavirus (COVİD-19) epidemiyası ilə mübarizə çәrçivәsindә Qana və Kameruna peyvәnd  göndərəcək.

Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Yaponiya epidemiya ilə mübarizədə Afrika ölkələrinə dəstək vermәyә davam edir.

Bu çərçivədə  Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi COVAX mexanizmi vasitәsilә  Qanaya 310 min doza, Kameruna isə 70 min  doza peyvәnd göndәrilәcәk.

Açıqlamada qeyd olunub ki, 30 milyon əhalisi olan Qana və 26 milyon əhalisi olan Kameruna tədarük bu həftə sonu hava yolu ilə təmin ediləcək.



Әlaqәli Xәbәrlәr