V.Zelenski: ‘‘Ukrayna hər şeyi yenidən quracaq və Avropa İttifaqının tamhüquqlu üzvü olacaq’’

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya Ukraynaya hücum etməklə bütün nailiyyətlərini məhv edərәk 90-cı illərə qayıdacaq.

1798220
V.Zelenski: ‘‘Ukrayna hər şeyi yenidən quracaq və Avropa İttifaqının tamhüquqlu üzvü olacaq’’

 

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya Ukraynaya hücum etməklə bütün nailiyyətlərini məhv edərәk 90-cı illərə qayıdacaq.

Ukrayna prezidenti Vladimir  Zelenski yaydığı növbәti videomüraciətində Rusiyanın 23 gündür Ukraynaya qarşı hücumlarını davam etdirdiyini bildirib.

‘‘Rusiya Ukraynaya qarşı müharibədə öz milli sərvətlərini də yandırmaqdan vaz keçmir. Rusiya  bizə hücum etməklə son 25 ildə nail olduqlarını məhv edəcək və onlar bir vaxtlar yüksəlməyə başladıqları yerə 90-cı illәrә qayıdacaq’’,-deyә Ukrayna prezidenti vurğulayıb.

Zelenski qeyd edib ki, Ukrayna hər şeyi yenidən quracaq və Avropa İttifaqının tamhüquqlu üzvü olacaq. Dövlətimizin hər bir nümayəndəsi bunun üçün 7 gün 24 saat çalışır.

Rusiya ordusunun Ukraynanın şәhәrlәrini vurmağa davam etdiyini deyәn Vladimir Zelenski yerli vә milli silahlara sahib olmamalarına baxmayaraq Rusiyaya mәxsus raketlәri vurduqlarını, tәyyarә vә helikopterlәrini mәhv etdiklәrini söylәyib.

Ukrayna lideri deyib: ‘‘Şübhəsiz ki, biz əlimizdən gələni etməyə davam edəcəyik. Bəzi Qərb ölkələrinin liderlərinə daha ucadan xatırladaq ki, əgər Ukrayna həqiqətən də minlərlə insanımızın həyatını xilas edəcək qabaqcıl silahlar әldә etmәsә bu, onlar üçün də mənəvi məğlubiyyət olacaq’’.

Qeyd edәk ki, Rusiya fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.

 



Әlaqәli Xәbәrlәr