BMT Liviya ilә bağlı xәbәrdarlıq edib

Birləşmiş Millətlər Təşkilatı  Liviyada yaşanan  hökumət böhranı səbəbindən ölkənin yeni siyasi qütbləşmə ilə üzləşdiyi ilә bağlı xəbərdarlıq edib.

1797070
BMT Liviya ilә bağlı xәbәrdarlıq edib

 

Birləşmiş Millətlər Təşkilatı  Liviyada yaşanan  hökumət böhranı səbəbindən ölkənin yeni siyasi qütbləşmə ilə üzləşdiyi ilә bağlı xəbərdarlıq edib.

BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rosemary DiCarlo keçirdiyi brifinqdə Liviyanın qərbindəki silahlı qruplaşmalar arasında  “təhdidedici ritorika”nın artdığının müşahidә olunduğunu  bildirib.

Tripoli ilə Liviyanın şərqindəki şəhərlər arasındakı uçuşların tәxirә salındığını ifadә edәn  DiCarlo  deyib: ‘‘Liviya hazırda  yeni siyasi qütbləşmə ilə üz-üzədir’’

DiCarlo Liviyadakı tərəflərә məsuliyyətli liderlik nümayiş etdirməlәri  və BMT-nin səylərini dəstəkləmәlәri ilә әlaqәdar çağırış edib.

BMT-nin rəhbərliyindәki Liviya Siyasi Dialoq Forumunun 2020-ci ilin noyabrında keçirilən iclaslarında ölkədə prezident və parlament seçkilərinin 2021-ci ilin  24 dekabr tarixindә keçirilməsi ilә bağlı qәrar qәbul edilmişdi.

Lakin Nümayəndələr Palatası və Dövlət Ali Şurası hüquqi infrastrukturu müəyyən edən qanunla bağlı razılığa gələ bilmədiyi üçün seçkilər planlaşdırılmış tarixdə keçirmәdi.

Tobruk Nümayəndələr Palatası hazırkı Milli Birlik Hökumətinin səlahiyyət müddətinin 2021-ci ilin 24 dekabr tarixindә  başa çatması səbəbindәn  fevralın 10-da Fəthi Başağanı yeni Baş nazir seçdi.

Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe Nümayəndələr Palatasını Cenevrə razılaşmasında müəyyən edilmiş yol xəritəsindən kənara çıxmaqda günahlandıraraq, vəzifəsini icra etmәyә davam etdiyini söylәmişdi.



Әlaqәli Xәbәrlәr