Rusiya donanmasına məxsus gəmilər Yaponiyanın şimalından keçib

Rusiya donanmasına məxsus gəmilərin Yaponiyanın şimalındakı Hokkaydo ilə Rusiyanın Saxalin adaları arasından keçdiyi bildirilib.

1796272
Rusiya donanmasına məxsus gəmilər Yaponiyanın şimalından keçib

Rusiya donanmasına məxsus gəmilərin Yaponiyanın şimalındakı Hokkaydo ilə Rusiyanın Saxalin adaları arasından keçdiyi bildirilib.

Yaponiya Müdafiə Nazirliyi Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin (MSDF) Hokkaydonun şimalında, Soya bölgəsinin 130 kilometr cənub-şərqində 6 Rusiya donanmasının gəmisini aşkar etdiyini açıqlayıb.

Açıqlamada esmines, sualtı qayıq və raket izləmə gəmilərindən ibarət Rusiya donanmasının Soya boğazından keçərək Yapon dənizinə (Şərq dənizi) daxil olduğu bildirilib.

Yaponiyanın ictimai yayımı "NHK" bildirib ki, fevral ayından Rusiya donanması 20 döyüş gəmisi də daxil olmaqla genişmiqyaslı dəniz təlimləri keçirib.

Keçən həftə ümumilikdə 10 Rusiya gəmisi Hokkaydo ilə Yaponiyanın Honsyu əyaləti arasındakı Tsuqaru boğazından keçib.

Rusiya Müdafiə Nazirliyi Kuril adaları bölgəsində yer-hava raket sistemlərinin cəlb olunduğu hərbi təlim keçirdiyini açıqlayıb.

Qeyd olunub ki, MSDF fevralın 24-də Rusiya Hərbi Dəniz Qüvvələrinin Ukraynaya başlatdığı müharibədən sonra Yaponiya ətrafında artan fəaliyyətlərin məqsədini təhlil edəcək.



Әlaqәli Xәbәrlәr