Almaniya ABŞ-dan F-35 təyyarələri almağı planlaşdırır

Almaniya hökuməti Hərbi Hava Qüvvələrinin yenidən təchiz olunması üçün ABŞ-ın “Lockheed Martin” kompaniyasının istehsal etdiyi F-35 qırıcılarını almağı planlaşdırır.

1795135
Almaniya ABŞ-dan F-35 təyyarələri almağı planlaşdırır

Almaniya hökuməti Hərbi Hava Qüvvələrinin yenidən təchiz olunması üçün ABŞ-ın “Lockheed Martin” kompaniyasının istehsal etdiyi F-35 qırıcılarını almağı planlaşdırır.

DPA informasiya agentliyi bu barədə Almaniyanın Nazirlər Kabinetindəki mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, alınması nəzərdə tutulan təxminən 35 ədəd F-35 qırıcısı hazırda xidmətdə olan köhnə “Tornado” təyyarələrini əvəz etməlidir.

Dünyanın ən müasir döyüş təyyarəsi olan F-35 qırıcıları xüsusi forması və xarici örtüyü sayəsində düşmən radarları üçün çətin hədəf sayılır. Bu, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Almaniya Hərbi Hava Qüvvələrinin ilk böyük satınalma layihəsi olacaq. Həmçinin Almaniya hərbi aviasiya parkının modernləşməsi proqramı çərçivəsində daha 15 ədəd “Eurofighter” qırıcısı almağı planlaşdırır.

Qlobal mübarizənin əsas aktoruna çevrilə bilməyən Avropanın müdafiədə ABŞ-dan asılı qalması və əsas texnoloji inkişaflarda ABŞ-Çin şirkətləri ilə rəqabət apara bilməməsi uzun müddətdir Avropa ictimaiyyətində müzakirə olunur.

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı müharibəsi digər Avropa ölkələrini də narahat etdiyi üçün Almaniyanın təhlükəsizlik siyasətində ciddi qırılmaya səbəb oldu.



Әlaqәli Xәbәrlәr