Böyük Britaniya ukraynalılar üçün yeni viza proqramına başladı

Böyük Britaniya daha çox ukraynalının ölkəyə gəlməsinə imkan yaradan yeni viza proqramına başlayıb

1794624
Böyük Britaniya ukraynalılar üçün yeni viza proqramına başladı

 

  Böyük Britaniya daha çox ukraynalının ölkəyə gəlməsinə imkan yaradan yeni viza proqramına başlayıb.

  Yeni viza proqramı çərçivəsində Britaniyada ukraynalı qaçqınları evlərində qonaq edən şəxslərə hökumət ayda 350 funt sterlinq yardım edəcək.

  Britaniyanın mənzil-məişət məsələləri üzrə dövlət katibi Maykl Qov ölkəsinin Ukraynada qaçqınlara dəstəyini artıracağını bildirib. Onun sözlərinə görə, indiyədək 3000-dən çox ukraynalı qaçqına, o cümlədən Birləşmiş Krallıqda ailə üzvləri olan ukraynalılara viza verilib.



Әlaqәli Xәbәrlәr